Naxçıvanda növbəti “tullantıları ekoçantaya dəyiş” aksiyası keçirilib

Tokio, 6 oktyabr, /AJMEDIA/

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin

təşkilatçılığı ilə “Tullantıları dəyərə, ekoçantanı vərdişə çevir” devizi altında növbəti aksiya keçirilib.

Nazirliyin mətbuat xidmətindən AJMEDIA-nın Naxçıvan bürosuna bildirilib ki, Naxçıvan şəhəri, Əziz Əliyev küçəsi 2 ünvanında yerləşən “Bolmart” supermarketin qarşısında keçirilən aksiya zamanı vətəndaşlar ümumi tutumu 145 litr olan plastik, 22 litr olan şüşə butulka və 59 ədəd işlənmiş batareya təhvil verərək əvəzində ekoçanta əldə ediblər.

Muxtar respublikanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi hər kəsi polietilen torbalar əvəzinə ekoçantalardan istifadəyə etməyə çağırır.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts