Naxçıvanda 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş onlayn sərgi açılıb

Tokio, 31 mart , /AJMEDIA/

Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyi 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş “Zaman” adlı onlayn sərgi təşkil edib.

AJMEDIA xəbər verir ki, sərgidə 26 rəssam iştirak edir. Onlayn sərginin əsas məzmunu soyqırımları, müharibələri, qəhrəmanlarımızın şücaətini zaman-zaman öz tablolarında əks etdirən rəssamların əsərlərini təqdim etməkdir.

Sərgidə düşmən vandalizmini əsərlərində göstərən Bəhruz Kəngərlinin, döyüşçü rəssam İbrahim Safinin, Mehdi Hüseynzadənin, Zəfər xəbərini eşitmədən dünyasını dəyişən rəssamlarımızın əsərləri ilə yanaşı, müasir fırça ustalarının da əl işləri yer alııb

Follow us on social

Facebook Twitter Youtube

Related Posts