NATO nüvə silahlarının döyüşə hazır vəziyyətə gətirilməsini müzakirə edir

Tokio, 17 iyun , /AJMEDIA/

NATO-ya üzv ölkələr nüvə silahının hazır vəziyyətə gətirilməsi ilə bağlı məsləhətləşmələrə başlayıb.

AJMEDIA xəbər verir ki, bu barədə Britaniyanın “The Daily Telegraph” qəzetinə müsahibəsində Alyansın baş katibi Yens Stoltenberq bildirib.

“Mən nə qədər nüvə başlığının işlək olması və onların necə saxlanması barədə əməliyyat təfərrüatlarını açıqlamayacam. Bu məsələlərlə bağlı məsləhətləşmələr aparırıq”, – deyə o bildirib.

Stoltenberqin sözlərinə görə, NATO nüvə silahı olmayan dünya istəyir:

“Nüvə silahı olduğu müddətdə biz nüvə ittifaqı olaraq qalacağıq, çünki Rusiya, Çin və Şimali Koreyanın nüvə silahına malik olduğu və NATO-nun olmadığı dünya təhlükəli dünyadır”.

O qeyd edib ki, müasir silahların yaradılmasına böyük sərmayələr yatıran və 2030-cu ilə qədər nüvə başlıqlarının sayını minə çatdırmaq niyyətində olan Çin xüsusilə narahatlıq doğurur.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts