NASA Rusiyadakı ştatını ixtisar edib

Tokio, 5 aprel , /AJMEDIA/

ABŞ-ın Aeronavtika və Kosmik Fəzanın Tədqiqatı üzrə Milli İdarəsi (NASA) Ukraynaya qarşı hərbi təcavüz səbəbindən Vaşinqton və Moskva arasında artan gərginlik fonunda Rusiyadakı əməkdaşlarının sayını ixtisar edib.

AJMEDIA Ukrinform agentliyinə istinadla xəbər verir ki, bu barədə ABŞ-ın kosmik qurumunun nümayəndəsi Pem Melroy deyib. Onun sözlərinə görə, NASA hər zaman fövqəladə vəziyyət planları haqqında düşünür.

Bir müddət öncə “Roskosmos” Rusiyaya qarşı tətbiq edilən sanksiyalar səbəbindən ABŞ və Avropa İttifaqının kosmik agentlikləri ilə əməkdaşlığı dayandırmaq, o cümlədən Beynəlxalq Kosmik Stansiyada əməkdaşlığı kəsmək istədiyini bildirib.

Xatırladaq ki, fevralın 24-də Rusiya Ukraynaya qarşı müharibəyə başlayıb. Bu səbəbdən Avropa İttifaqı, Kanada, ABŞ, Böyük Britaniya və dünyanın bir çox digər ölkələri Rusiyaya qarşı genişmiqyaslı sanksiyalar tətbiq edib. Sanksiyalar ilk növbədə bank sektoruna və yüksək texnologiya məhsullarının tədarükünə yönəlib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts