“Napoli”nin yeni baş məşqçisi məlum olub

Tokio, 16 iyun , /AJMEDIA/

Fransalı mütəxəssis Rudi Qarsiya İtaliyanın “Napoli” klubunun yeni baş məşqçisi təyin olunub.
AJMEDIA xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Mütəxəssis ötən mövsüm A seriyasında “Napoli”yə qələbə qazandıran Luçano Spallettini əvəzləyib.
R.Qarsiya Fransanın “Lill”, “Marsel”, “Lion”, İtaliyanın “Roma” və Səudiyyə Ərəbistanının “Əl-Nasr” klublarını çalışdırıb.
Aprelin 13-də Qarsiya “Əl-Nasr” klubunda vəzifəsindən istefa verib. Mütəxəssislə müqaviləyə tərəflərin qarşılıqlı razılığı əsasında xitam verilib. Səudiyyə Ərəbistanı klubunun portuqaliyalı hücumçusu Kriştianu Ronaldonun fransalı məşqçinin işindən və oyun tərzindən narazı olduğunu dilə gətirdiyi haqda xəbər yayılıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts