Tokio, 22 noyabr , /AJMEDIA/
AJMEDIA xəbər verir ki, “Nağıllar aləminə səyahət” layihəsinə yeni nağıl təqdim olundu
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının Fəxri oxucusu, tanınmış şair, yazıçı-publisist Gülzar İbrahimova kitabxananın “Nağıllar aləminə səyahət” layihəsinə yeni yazdığı nağılını təqdim etdi.
“Yeddi rəngli göy qurşağı qardaşlarının nağılı” yeddi nağıldan ibarətdir. Nağılların hamısında keçmiş zamanlarda baş verən hadisələr işıqlandırılıb. Müəllif tarixi hadisələri uşaqlara nağıl şəklində çatdırır.
Günəş yeddi rəngli göy qurşağı qardaşlarını başına toplayıb, hər birini ayrı-ayrı məmləkətə qan-qadanı, müharibəni dayandırmaq ücün göndərir. Hər bir qardaşın başına gələnləri oxuduqca insanda böyük maraq doğurur.
Nağıl YouTube kanalında rəngarəng şəkillərin müşaiyəti ilə nümayiş olunur:
https://www.youtube.com/watch?v=uWjC1fohXTYhttps://www.youtube.com/watch?v=1pRzI2V6f5Q