Myanmada zəlzələ nəticəsində ölənlərin sayı 3 mini keçib

Tokio, 03 aprel, /AJMEDIA/

Myanmada baş verən dağıdıcı zəlzələ nəticəsində ölənlərin sayı artıb.

AJMEDIA “Sinxua” agentliyinə istinadla xəbər verir ki, ölənlərin sayı 3003 nəfərə çatıb, daha 4515 nəfər xəsarət alıb, 351 nəfər itkin düşüb.

Martın 28-də baş verən 7,7 bal gücündə zəlzələ bu Cənub-Şərqi Asiya ölkəsində bir əsrdən çox müddət ərzində baş verən ən güclü zəlzələ olub.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts