Musiqili Teatr sentyabr repertuarını açıqlayıb

Tokio, 4 sentyabr , /AJMEDIA/

Azərbaycan Dövlət Akademik Musiqili Teatrı yeni teatr mövsümündə, bu ay maraqlı tamaşalar təqdim edəcək.

AJMEDIA xəbər verir ki, sənət ocağı 114-cü mövsümü sentyabrın 15-də “Sən elə bir zirvəsən” adlı tamaşa ilə açacaq.

Bundan başqa, sentyabrın 16-da “Ər və arvad”, 17-də “O olmasın, bu olsun”, 22-də “Bəxtiyar”, 23-də isə “999-cu gecə” tamaşaları nümayiş olunacaq. Eyni zamanda, sentyabrın 24-də “Nəğməmə inan” (rus dilində), 29-da “Baladadaşın toy hamamı”, 30-da isə “Beş manatlıq gəlin” tamaşaları göstəriləcək.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts