Tokio, 2 mart , /AJMEDIA/
Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyası, Mədəniyyət Nazirliyi, Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi və Aşıqlar Birliyinin birgə təşkilatçılığı ilə keçirilən “Musiqi kimliyimiz” layihəsinin ikinci günündə Gəncə Dövlət Filarmoniyasının Urban Mərkəzində konsert proqramı təşkil olunub.
Filarmoniyadan AJMEDIA-ya bildirilib ki, konsertdə Gəncə şəhər Zərif Qayıbov adına 5 nömrəli uşaq musiqi məktəbinin sazçalanlar ansamblı, şagirdləri “Ələsgər gözəlləməsi”, “Şirvan Gülü”, “Sarıtorpaq”, “Ceyranım”, “Baş Müxəmməs”, “Paşaköçdü”, “Koroğlu cəngisi”ni ifa ediblər.