Tokio, 30 may , /AJMEDIA/
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin 33 nömrəli uşaq musiqi məktəbi “Şuşa İli” və 28 May – Müstəqillik gününə həsr olunmuş “Cənnətim Qarabağ” adlı hesabat konserti ilə çıxış edib.
İdarədən AJMEDIA-ya bildirilib ki, hesabat konsertində məktəbin müxtəlif ixtisaslar üzrə şagirdləri Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərlərini məharətlə səsləndiriblər.
Sonda Baş İdarənin rəisi İbrahim Əliyev tədbir iştirakçılarını Müstəqillik Günü münasibətilə təbrik edərək, məktəbin kollektivinə yeni-yeni nailiyyətlər arzulayıb.
Məktəbin direktoru Nəzifə Əliyeva isə çıxışında konsertdə iştirak edən hər kəsə təşəkkürünü bildirib.