Tokio, 13 sentyabr, /AJMEDIA/
Mərkəzi Seçki Komissiyası (MSK) 21 saylı Nəsimi-Binəqədi seçki dairəsi üzrə 30 saylı seçki məntəqəsinin nəticələrinin ləğv edilməsi barədə qərar verib. Nəsimi-Binəqədi seçki dairəsi üzrə Müsavat Partiyasından qeydə alınmış namizəd Gülağa Aslanlının müraciəti qismən təmin edilib.
AJMEDIA xəbər verir ki, bunu MSK-nın sentyabrın 13-də keçirilən iclasında Komissiya üzvü İlkin Şahbazov deyib.
O bildirib ki, Gülağa Aslanlı MSK-ya müraciət edərək namizəd olduğu dairə üzrə seçki prosesində pozuntularla əlaqədar məlumat verib.
İ.Şahbazovun sözlərinə görə, araşdırma aparılıb və müəyyən edilib ki, 21 saylı Nəsimi-Binəqədi seçki dairəsi üzrə 30 saylı seçki məntəqəsində çatışmazlıqlar var.
Buna görə də 30 saylı məntəqənin nəticələrinin ləğv edilməsi barədə qərar qəbul olunub.