Musa Qurbanlı İsveçdə mövsümün ən yaxşı transferlərindən biri hesab olunur

Tokio, 15 sentyabr , /AJMEDIA/

İsveç çempionatında 2023/2024-cü illər mövsümünün ən yaxşı yay transferləri müəyyənləşib.

AJMEDIA xəbər verir ki, “Football” telekanalının açıqladığı 50 nəfərlik siyahıda bu ilin iyulunda “Qarabağ”ı İsveçin “Yurqorden” klubuna dəyişən Azərbaycan milli komandasının hücumçusu Musa Qurbanlı da var.

21 yaşlı forvard bu yayın ən yaxşı 13-cü transferi hesab olunub.

Gənc forvardın Stokholm klubuna keçidi isə belə şərh edilib: “Musa Qurbanlı əla hücumçudur. İndi elə yaşdadır ki, gələcəkdə daha yaxşı məbləğə satıla bilər. Ən önəmli məqam İsveç futboluna və liqanın səviyyəsinə uyğunlaşmasıdır. Onu rəqiblərin cərimə meydançasında əsl “qatil” adlandırmaq olar”.

Qeyd edək ki, Musa Qurbanlı “Yurqorden” klubu ilə 3 illik müqavilə imzalayıb

Follow us on social

Facebook Twitter Youtube

Related Posts