Müğənni ilk solo konsertini Ulu Öndərin 100 illiyinə həsr edib

Tokio, 18 iyun , /AJMEDIA/

İyunun 27-də Beynəlxalq Muğam Mərkəzində müğənni Vüsal Hacıyevin ilk solo konserti keçiriləcək.
AJMEDIA xəbər verir ki, “Dahi” adlı konsert proqramı Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunub.
Gecədə müğənnini Tural Məmmədlinin bədii rəhbərliyi ilə “EtnoClass” orkestri müşayiət edəcək.
Konsert proqramına Vüsal Hacıyevin musiqisevərlərin rəğbətini qazanmış hitləri ilə yanaşı, yeni nəğmələr də daxil edilib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts