Müdafiə Nazirliyi: Seyfəli poliqonunda döyüş sursatlarının utilizasiyası həyata keçiriləcək

Tokio, 21 fevral , /AJMEDIA/

Azərbaycan Ordusunun bölmələri istismar müddəti başa çatan və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik tədbirlərinə əməl olunmaqla planlı şəkildə utilizasiyasını davam etdirir.
Bu barədə AJMEDIA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, döyüş sursatlarının utilizasiya prosesi fevralın 25-dək Seyfəli poliqonunda həyata keçiriləcək.
Aparılan partlayış işləri ilə əlaqədar ictimaiyyətə mütəmadi məlumat veriləcək.
Nazirlik bir daha əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsas olmadığını diqqətə çatdırır.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts