Müdafiə Nazirliyi orta ixtisas təhsili pilləsinə gizir hazırlığı kursuna qəbul elan edir

Tokio, 1 iyun , /AJMEDIA/

Müdafiə Nazirliyi Heydər Əliyev adına Hərbi İnstituta orta ixtisas təhsili (subbakalavr) pilləsi olan gizir hazırlığı kursuna qəbul elan edir.
Bu barədə AJMEDIA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bu il ümumtəhsil müəssisələrində tam orta təhsil səviyyəsini bitirmiş, qəbul ilində 17 yaşı tamam olan və 20 yaşı tamam olmayan Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları, habelə 18 yaşından 23 yaşınadək kişi cinsli hərbi qulluqçular (zabit və gizir (miçman) hərbi rütbəsi olanlar istisna olmaqla) və hərbi vəzifəlilər 2023-cü il iyunun 1-dən iyulun 10-dək sənədlərlə birlikdə Heydər Əliyev adına Hərbi İnstitutda fəaliyyət göstərən qəbul komissiyasına müraciət edə bilərlər.
Qəbul qaydaları barədə bu link (https://mod.gov.az/az/pre/47887.html) vasitəsilə ətraflı məlumat əldə etmək olar.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts