Müdafiə Nazirliyi: Kəlbəcər istiqamətində mövqelərimiz intensiv atəşə tutulub

Tokio, 16 iyul , /AJMEDIA/

İyulun 16-da saat 04:00-dan 04:50-dək Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən bir neçə mövqedən Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqəsi istiqamətində yerləşən Ordumuzun mövqelərini müxtəlif növ atıcı silahlardan intensiv atəşə tutub.

Müdafiə Nazirliyindən AJMEDIA-ya bildirilib ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən adekvat cavab tədbirləri nəticəsində qarşı tərəf susdurulub.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts