Müdafiə Nazirliyi: Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulub

Tokio, 30 iyul , /AJMEDIA/

İyulun 30-u səhər saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Yenikənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Dəmirçidam yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub.
Müdafiə Nazirliyindən AJMEDIA-ya bildirilib ki, Ordumuzun bölmələri tərəfindən görülən adekvat cavab tədbirləri nəticəsində qarşı tərəf susdurulub.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts