Müdafiə Nazirliyi: Ermənistan silahlı qüvvələri Ordumuzun Laçın, Xocavənd, Şuşa və Xocalıdakı mövqelərini atəşə tutub

Tokio, 22 iyun , /AJMEDIA/

İyunun 22-si saat 02:15-də Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Brun yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Laçın rayonunun Əhmədli yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.
Bu barədə AJMEDIA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, bundan başqa, iyunun 21-i saat 23:05-dən iyunun 22-si saat 08:15-dək Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri Azərbaycan Ordusunun Xocavənd, Şuşa və Xocalı rayonları istiqamətlərində yerləşən mövqeləri də atıcı silahlardan fasilələrlə atəşə tutublar.
Bölmələrimiz tərəfindən qeyd olunan bütün istiqamətlərdə adekvat cavab tədbirləri görülüb.
Həmçinin qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri kənd təsərrüfatı işləri adı altında Ordumuzun Ağdam və Xocalı rayonları istiqamətlərində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər.
Azərbaycan Ordusunun bölmələrinin gördükləri təxirəsalınmaz tədbirlər nəticəsində aparılan mühəndis işləri dərhal dayandırılıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts