Müdafiə naziri Rusiya sülhməramlılarının yeni komandanı ilə görüşüb

Tokio, 29 Sentyabr, /AJMEDIA/

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı qüvvələrinin yeni komandanı general-leytenant Gennadi Anaşkin ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AJMEDIA-ya bildiriblər ki, söhbət zamanı Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki son vəziyyət müzakirə olunub.

Görüşdə general-leytenant Rüstəm Muradov da iştirak edib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts