Tokio, 20 sentyabr , /AJMEDIA/
Ermənistan mətbuatında guya Azərbaycan Silahlı Qüvvələrinin Ağdərə yaşayış məntəqəsini atəşə tutması barədə yayılan məlumatların heç bir real əsası yoxdur, tamamilə yalandır.
Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən AJMEDIA-ya məlumat verilib.
“Qarşı tərəfin yaydığı növbəti dezinformasiya xarakterli məlumatı qəti surətdə təkzib edirik”, – deyə qeyd olunub.