Tokio, 24 Sentyabr, /AJMEDIA/
Azərbaycan Respublikasının Müdafiə Nazirliyi işğaldan azad olunmuş Ağdam rayonunun Ətyeməzli kəndinin videogörüntülərini yayıb.
AJMEDIA Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadla həmin görüntüləri təqdim edir.
Ətyeməzli kəndi Birinci Qarabağ müharibəsi zamanı Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib. Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusunun şanlı Qələbəsi nəticəsində noyabrın 10-da Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan baş nazirinin imzaladıqları üçtərəfli Bəyanata əsasən, Ağdam rayonunun işğal altındakı əraziləri noyabrın 20-də azad olunub.