Tokio, 22 aprel , /AJMEDIA/
Aprelin 23-də müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin növbəti vakansiya seçimi mərhələsinə başlanılacaq.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən AJMEDIA-ya bildirilib ki, qeyd olunan tarixdə keçiriləcək vakansiya seçimində müsabiqə üzrə qeydiyyatdan keçmiş və elektron ərizəsi qəbul olunmuş müəllimlər iştirak edə bilərlər.
Vakansiya seçimi üçün elektron sistem aprelin 29-u saat 11:00-dək aktiv olacaq.
Xatırladaq ki, aprelin 17-dən 19-dək keçirilmiş vakansiya seçimi mərhələsində 14 nəfər şəhid ailəsinin üzvü olan müəllim iş yerini dəyişdirmək imkanı qazanıb.