MSK-nın növbəti iclasında 7 məsələ müzakirə edilir

Tokio, 26 yanvar , /AJMEDIA/

Yanvarın 26-da Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilir.

AJMEDIA xəbər verir ki, iclasda MSK sədri Məzahir Pənahov gündəliyə 7 məsələnin daxil edildiyini bildirib.

Gündəlikdə MSK-nın yanvarın 15, 18 və 20-də keçirilən iclaslarının protokolları təsdiqlənməsi, növbədənkənar prezident seçkilərində Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının, “Rəy” Monitorinq Mərkəzinin, “Sosioloji Tədqiqatlar Mərkəzi” MMC-nin “exit-poll” keçirmək üçün qeydə alınması, Fuad Ağası oğlu Əliyevin vəkil edilmiş şəxslərinin qeydiyyatı, bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi və cari məsələlər yer alıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts