Moskvadakı terrorun gizli tərəfləri – Niyə məhz “Crocus”?

Tokio, 13 aprel , /AJMEDIA/

Martın 22-də Rusiyanın Moskva vilayətinin Krasnoqorsk şəhərində yerləşən “Crocus City Hall”a daxil olan naməlum şəxslər insanlara atəş açıblar. Hadisə “Piknik” qrupunun konsertindən öncə baş verib. Terror aktı nəticəsində azı 144 nəfər həlak olub, 551 nəfər isə yaralanıb.

Bu hadisə son dövrlərin ən qanlı terroru kimi bütün dünyanı sarsıtdı. Hadisənin motivləri və sifarişçiləri barəsində bir çox iddialar hələ də səsləndirliməkdədir.

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevin açıqlamaları isə terrorda ola biləcək qaranlıq maraqları üzə çıxardır. Medvedev terror hücumunda Fransanı, birbaşa Fransa Prezidenti Emmanuel Makronu ittiham edib və onu terrorçularla əlbir olmaqda günahlandırıb.

Fransa isə bu açıqlamanı təkzib etdi.

Bəs Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev niyə Fransanı ittiham edib?

İlk öncə onu xatırlatmağa ehtiyac var ki, Medvedev Rusiyada sıradan politoloqlardan biri deyil və onun dedikləri kifayət qədər ciddiyə alınmalıdır. Görünür, onda hansısa məlumatlar var.

Digər tərəfdən isə Qərb mediasında Fransanın terror təşkilatları ilə əqalərinə dair xeyli sayda məlumatlar var. Bu da Fransanın sözügedən terror hadisəsini sifariş vermək üçün imkanlara sahib olduğunu göstərir.

Niyə məhz azərbaycanlılara məxsus “Crocus City Hall”?

Terror hadisələrinin törədildiyi yerlər heç zaman təsadüfi seçilmir. Mütləq şəkildə həmin hadisəni törədən şəxslər və ya qurupların yer seçiminin arxasında ciddi məqsədlər dayanır. Görünür buy olla həm də, Azərbaycan və Rusiya arasındakı münasibətlərə də zərbə vurmaq planı olub.

“Müsəlman terrorçu”lar obrazı

Ənənəvi olaraq “müsəlman terrorçu”ların hücum etməsi və bunları görüntüləri almaları və s. metodlar isə özülüyündə Rusiyada dini qarşıdruma yaratmağa hesablandığı açıq görünür. Terrorun növbəti dalğası məhz bu olmalı idi. Rusiya-Azərbaycan münasibətlərində gərginlik, Rusiyada dini zəmində qarşıdırma, müsəlmanlar və digərləri arasında toqquşmalar.

Hazırda Rusiya tərəfindən araşdırmalar davam edir və istintaqın gedişində yəqinki, daha dolğun məlumatlar əldə olunacaq.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts