Monteneqro – Azərbaycan oyununun hakimləri açıqlanıb

Tokio, 15 sentyabr , /AJMEDIA/

Qadınlardan ibarət Azərbaycan milli komandasının UEFA Millətlər Liqasında Monteneqro yığmasına qarşı keçirəcəyi səfər oyununun hakimləri müəyyənləşib.

AJMEDIA AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşmanı İsveçdən olan hakimlər briqadası idarə edəcək.

Matçın əsas referisi Maral Mirzai Beni olacaq. Ona yan xətt hakimləri qismində Kamilla Stendal və Tilde Larsson kömək edəcəklər.

Dördüncü hakim funksiyasını isə Hanna Layanen yerinə yetirəcək.

Qeyd edək ki, görüş sentyabrın 26-da Podqoritsada keçiriləcək.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts