Monqolustanda parlament seçkiləri keçirilir

Tokio, 28 iyun , /AJMEDIA/

Bu gün Monqolustanda parlament seçkilərində rəsmən səsvermə başlayıb.

AJMEDIA xəbər verir ki, Monqolustan Mərkəzi Seçki Komissiyasının məlumatına görə, ölkə üzrə 2,2 milyondan çox vətəndaş 2198 seçki məntəqəsində səs verə biləcək. Məntəqələr yerli vaxtla saat 07:00-dan 22:00-dək açıq olacaq.

Builki parlament seçkilərində 19 siyasi partiya və iki koalisiyadan ümumilikdə 1341 namizəd irəli sürülüb. Ölkə tarixdə ilk dəfə olaraq 519 qadın namizəd parlamentdəki yerlərin 30 faizi uğrunda mübarizə aparır.

2024-cü ildə seçkilər qarışıq seçki sisteminə əsaslanan və parlament üzvlərinin sayını 76-dan 126-ya qaldıran yeni qanun əsasında keçirilir. Deputatların 78-i birmandatlı dairələr üzrə, qalan 48-i isə partiya siyahıları üzrə seçiləcək.

Seçkilər yalnız seçicilərin 50 faizinin iştirak etdiyi təqdirdə etibarlı sayılır.

Xatırladaq ki, Monqolustanda sonuncu parlament seçkiləri 2020-ci ilin iyununda keçirilib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts