Moldovanın Benderi şəhərindəki Azərbaycan məktəbində Zəfər Günü bayram edilib

Tokio, 22 noyabr , /AJMEDIA/

AJMEDIAxəbər verir ki, Moldovanın Benderi şəhərindəki Azərbaycan məktəbində Zəfər Günü bayram edilib
Moldovanın Benderi şəhərində Moldova Azərbaycanlıları Konqersinin nəzdindəki Azərbaycan həftəsonu məktəbinin filialında növbəti dərsin mövzusu Azərbaycanın Zəfər Gününə həsr olunub.

Təcrübəli müəllim Səidə Səfərovanın rəhbərliyi ilə keçirilən açıq dərsə valideynlər də qatılıblar.

Məktəblilərin ifasında Azərbaycan dilində şeirlər və mahnılar səsləndirilib, rəqs nömrələri təqdim olunub.

Bayram tədbiri üzərində Zəfər Günü yazılmış tortun kəsilməsi ilə yekunlaşıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts