Moldova KİV-ləri Laçın-Şuşa yolundakı etiraz aksiyasından yazıb

Tokio, 13 dekabr , /AJMEDIA/

Moldovanın nüfuzlu xəbər portalları Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində təbii sərvətlərin qanunsuz istismarına etiraz əlaməti olaraq Azərbaycanın qeyri-hökumət təşkilatlarını təmsil edən ekoloqların, fəalların, könüllülərin iştirakı ilə Laçın-Şuşa yolunda keçirilən etiraz aksiyasına geniş yer ayırıb.
AJMEDIA xəbər verir ki, Moldovanın “Point”, “Dosar Media” və digər xəbər portallarında AZƏRTAC-ın materialları əsasında hazırlanan məqalələrdə bu aksiyaların əhəmiyyətinə diqqət yetiriblər.
Məqalələrdə qeyd olunur ki, ekoloji fəallar təbii sərvətlərin talan edilməsinə son qoyulması tələblərini bildirən şüarlar söyləyirlər. Etirazçılar “Qızılbulaq” qızıl yatağına və “Dəmirli” mis-molibden yatağına buraxılmayınca aksiyanı davam etdirmək fikrində olduqlarını bildirirlər. Etirazçılar üçün qurulmuş çadırlara isti yemək çatdırılır.
Yazılarda, həmçinin Azərbaycan Xarici İşlər Nazirliyinin Rusiya tərəfinə etiraz notası göndərdiyi, bu notada Azərbaycan nümayəndələrinin göstərilən yataqlara maneəsiz baş çəkmələrini təmin etməyə çağırış əks olunub. Belə səfərə maneə törətməyin və ya hər hansı şərtlər irəli sürməyin yolverilməz olması vurğulanıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts