Moldova KİV-ləri Tbilisi Beynəlxalq İpək Yolu Forumuna geniş yer ayırıb

Tokio, 27 oktyabr , /AJMEDIA/

Moldovanın nüfuzlu KİV-ləri Azərbaycanın Baş naziri Əli Əsədovun Gürcüstana işgüzar səfəri, Tbilisi Beynəlxalq İpək Yolu Forumunun açılış mərasimindəki çıxışında səsləndirdiyi fikirlərə istinadla informasiyalar yayıb.

AJMEDIA xəbər verir ki, “Timpul”, “TV8”, “Jurnal” və digər xəbər saytlarında yayımlanan yazılarda Əli Əsədovun Ermənistan baş nazirinin ölkəsinin Azərbaycanla sülh müqaviləsi imzalamağa hazır olduğu ilə bağlı səsləndirdiyi fikirlərə dair şərhi, regional iqtisadi layihələrlə bağlı fikirlər dərc edilib.

Qeyd edilib ki, Azərbaycan hələ İkinci Qarabağ müharibəsi bitəndən dərhal sonra Ermənistanla sülh müqaviləsinin imzalanması ilə bağlı öz mövqeyini bildirib. Eyni zamanda, lokal antiterror tədbirlərindən sonra da Azərbaycan sülh müqaviləsi ilə bağlı mövqeyinə eyni dərəcədə sadiq qalıb. Bundan başqa, Azərbaycan 2020-ci ildə imzalanmış üçtərəfli Bəyanata uyğun olaraq kommunikasiyaların açılması məsələsi üzərində uzun müddətdir çalışır, bununla bağlı mövqeyini bildirib.

Məqalələrdə, həmçinin Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə mühüm töhfəsi, Cənub Qaz Dəhlizi, ölkəmizin Avropaya yaşıl enerji körpünün salınmasında xidmətləri barədə fikirlər də yer alıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts