Tokio, 03 iyul, /AJMEDIA/
Avropa Olimpiya Komitələrinin (AOK) İcraiyyə Komitəsi 2025-2029-cu illər üzrə komissiyanın yeni tərkibini təsdiqləyib.
Milli Olimpiya Komitəsindən (MOK) AJMEDIA-ya verilən məlumata görə, komissiyanın yeni tərkibində MOK-un iki üzvü də yer alır.
Qərara əsasən, MOK-un idman idarəsinin müdiri Həsənağa Rzayev Avropa Olimpiya Komitələrinin (AOK) eSports Komissiyasının, beynəlxalq əlaqələr idarəsinin müdiri Anar Bağırov Avropa İttifaqı və Beynəlxalq Əlaqələr Komissiyasının üzvü seçiliblər.