MN: Qanunsuz erməni silahlılarının fortifikasiya qurğuları quraşdırmağa cəhdinin qarşısı alınıb

Tokio, 20 avqust , /AJMEDIA/

Avqustun 20-si saat 15:15 radələrində Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri Ordumuzun Laçın rayonu istiqamətində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər.
Bu barədə AJMEDIA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts