MN: Qanunsuz erməni silahlıları mövqelərimiz qarşısında fortifikasiya qurğuları quraşdırmağa cəhd göstəriblər

Tokio, 13 iyul , /AJMEDIA/

İyulun 13-ü saat 11:15-də və saat 14:10-da Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Ordumuzun Ağdam və Kəlbəcər rayonları istiqamətlərində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AJMEDIA-ya bildirilib ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts