MN: Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulub

Tokio, 31 may , /AJMEDIA/

Mayın 30-u axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Yuxarı Zoğallı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Zivel yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı silahlardan atəşə tutub.
Bu barədə AJMEDIA-ya Müdafiə Nazirliyindən bildirilib.
Məlumata görə, ordumuzun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts