Misir mətbuatı: Azərbaycanla iqtisadi əməkdaşlıq yeni mərhələyə qədəm qoyub

Tokio, 1 mart , /AJMEDIA/

Misirin nüfuzlu “Əl Əhram”, “Əl Masr Əl Yom”, “Əl Şuruğ”, “Yom7” qəzetləri Bakıda Azərbaycan və Misir arasında Hökumətlərarası iqtisadi, texniki və elmi əməkdaşlıq üzrə Müştərək Komissiyanın beşinci iclası və iki ölkə arasında imzalanmış sənədlərə dair informasiyalar yayımlayıb.

AJMEDIA xəbər verir ki, AZƏRTAC-ın xəbərlərinə istinadla dərc olunan materiallarda Misir və Azərbaycan arasında iqtisadi əməkdaşlığın yeni mərhələyə qədəm qoyduğu vurğulanıb. Yazılarda qeyd olunub ki, bu il Azərbaycanla Misir arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyi tamam olur və bu əlamətdar ildə iki dost ölkənin rəsmiləri əməkdaşlığa dair 5 sənəd imzalayıblar. Bu sənədlərə Azərbaycan Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə Misirin Mikro, Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyi arasında anlaşma memorandumu, Azərbaycanın İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO ilə Misirin Ticarət və Sənaye Nazirliyi arasında Biznes Şurasının yaradılması haqqında anlaşma memorandumu, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC ilə İsgəndəriyyə limanı arasında anlaşma memorandumu daxildir. Həmçinin Azərbaycan və Misir arasında Hökumətlərarası iqtisadi, texniki və elmi əməkdaşlıq üzrə Müştərək Komissiyanın beşinci iclasının Protokolu da imzalanıb.

Qəzetlər Misirin beynəlxalq əməkdaşlıq naziri xanım Rania Al-Maşatın Azərbaycanın yüksək vəzifəli şəxsləri, o cümlədən Baş nazir Əli Əsədov, iqtisadiyyat naziri Mikayıl Cabbarov ilə apardığı müzakirələr, habelə iki ölkənin sahibkarlarının iştirakı ilə keçirilən Biznes Forumundan da yazıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts