MİQ üzrə müsabiqənin müsahibə mərhələsi davam edir

Tokio, 12 avqust , /AJMEDIA/

Müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin müsahibə mərhələsi davam edir.
Təhsil İnstitutu nəzdində İnsan Resursları Mərkəzindən AJMEDIA-ya bildirilib ki, informatika, rus dili, Azərbaycan dili və ədəbiyyat, texnologiya, alman dili, riyaziyyat, kimya və musiqi fənləri üzrə müsahibələrə 753 nəfər dəvət edilib.
Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev, Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdiri Rövşən Əliyev, Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov, Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdiri Rövşən Əliyev, Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Günel Səfərova, həmin şuranın üzvləri, Gəncə Regional Qadın Mərkəzinin sədri Məleykə Əlizadə və media nümayəndələri müsahibələrin gedişatı ilə tanış olublar

Follow us on social

Facebook Twitter Youtube

Related Posts