Tokio, 22 yanvar , /AJMEDIA/
Yanvarın 23-də Azərbaycan Milli Xalça Muzeyində “Baharı salamlayan Əjdaha. Çin Yeni ili festivalı”nın açılışı keçiriləcək.
AJMEDIA xəbər verir ki, tədbir Azərbaycan Milli Xalça Muzeyi və Azərbaycan Dillər Universiteti nəzdində Konfutsi İnstitutunun təşkilatçılığı, Çinin Azərbaycandakı səfirliyinin dəstəyi ilə təşkil ediləcək.
Yanvarın 28-dək davam edəcək festival iki ölkə arasında mədəni əlaqələrin inkişafına və möhkəmlənməsinə töhfə olacaq