Milli Qurtuluş Günü ərəfəsində Musiqili Teatr Gəncədə çıxış edəcək

Tokio, 7 iyun , /AJMEDIA/

İyunun 13-də Milli Qurtuluş Günü ərəfəsində Azərbaycan Dövlət Akademik Musiqili Teatrının yaradıcı heyəti Gəncə şəhərində qastrol səfərində olacaq.
Teatrdan AJMEDIA-ya verilən məlumata görə, kollektiv Gəncə Dövlət Filarmoniyasında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunan “Sən elə bir zirvəsən!” adlı musiqili-tarixi esse ilə çıxış edəcək.
Mədəniyyət Nazirliyinin dəstəyi ilə həyata keçirilən layihənin rəhbəri Musiqili Teatrın direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev, ssenari müəllifi Əməkdar artist Mübariz Həmidov, quruluşçu rejissoru teatrın baş rejissoru Cavid İmamverdiyev, quruluşçu dirijoru teatrın baş dirijoru, Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, xormeysteri teatrın baş xormeysteri, Əməkdar artist Vaqif Məstanov, baletmeysteri teatrın baş baletmeysteri, Əməkdar artist Emin Əliyev, rejissor assistenti Afər Tağıyevadır.
Tamaşada teatrın solistləri Əməkdar artistlər Fərid Əliyev, Səidə Şərifəliyeva, Prezident mükafatçıları Mehriban Zaliyeva, Səmədzadə Xasiyev, aktyorlar İbrahim Əlizadə, Aydan Həsənova, Hidayət Əliyev, Şaban Cəfərov, Türkel Tariqpeyma, Emin Zeynallı, həmçinin teatrın xor və balet heyətinin üzvləri iştirak edəcəklər.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts