Milli Məclisin yaz sessiyasında növbəti plenar iclasının vaxtı və gündəliyi açıqlanıb

Tokio, 9 aprel , /AJMEDIA/

Milli Məclisin yaz sessiyasında növbəti plenar iclasının vaxtı və gündəliyi bəlli olub.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AJMEDIA-ya bildirilib ki, aprelin 12-də keçiriləcək iclasın gündəliyində dörd məsələ müzakirə olunacaq: 1. “Azərbaycan Respublikası Hökuməti, Türkiyə Respublikası Hökuməti və Gürcüstan Hökuməti arasında “Qafqaz Qartalı” xüsusi təyinatlı qüvvələrin təliminə dair” Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi;

2. “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş);

3. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş);

4. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

Follow us on social

Facebook Twitter Youtube

Related Posts