Milli Məclisin sədr müavini Adil Əliyev 1 saylı uşaq evini ziyarət edib

Tokio, 22 aprel , /AJMEDIA/

Milli Məclisin sədr müavini, parlamentin Gənclər və idman komitəsinin sədri Adil Əliyev müqəddəs Ramazan bayramı münasibətilə Nizami rayonunda yerləşən 1 saylı uşaq evini ziyarət edərək, uşaqların bayramlarını təbrik edib.
Bu barədə AJMEDIA-ya Milli Məclisin Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, vitse-spiker çıxışına Ulu Öndər Heydər Əliyevin “Uşaqlar bizim gələcəyimizdir!” qiyməli kəlamı ilə başlayıb, sağlam gələcəyin qurulması üçün hər kəsin səfərbər olmasının vacibliyini söyləyib. Xüsusilə valideyn himayəsindən məhrum olan uşaqların Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın diqqət mərkəzində olduğunu deyən sədr müavini, eləcə də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın mütəmadi olaraq uşaqlar və ahıllar evinə ziyarətlər təşkil etdiyini və onların qayğıları ilə maraqlandığını qeyd edib.
Gələcək nəslin milli-mənəvi dəyərlərimizə bağlı, vətənpərvər ruhda tərbiyə edilməsinin vacibliyini bildirən sədr müavini, çıxışında Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazandığımız tarixi Qələbədən bəhs edib.
Adil Əliyev sosial həssas təbəqədən olan uşaq və yeniyetmələrin bütün ehtiyaclarının dövlət tərəfindən qarşılandığını deyərək, uşaqların bayramlarını təbrik edib və onlara bayram sovqatları təqdim edib.
Sonra tədbir konsert proqramı ilə davam etdirilib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts