Milli Məclisin deputatları Avstriyaya səfər edəcəklər

Tokio, 2 oktyabr , /AJMEDIA/

Milli Məclisin deputatları, Azərbaycan-Avstriya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Tahir Mirkişili və qrupun üzvü Nurlan Həsənov Avstriya-Cənubi Qafqaz parlamentlərarası dostluq qrupu rəhbərinin dəvəti ilə oktyabrın 2-də Vyana şəhərinə səfər edəcəklər.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AJMEDIA-ya bildirilib ki, səfər çərçivəsində deputatlarımızın parlamentdə bir sıra görüşləri nəzərdə tutulub. Görüşlərdə qarşılıqlı parlamentlərarası əlaqələrin perspektivləri və ikitərəfli münasibətlərin gələcək inkişafı barədə müzakirələr aparılacaq.
Səfər oktyabrın 4-də başa çatacaq.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts