Milli Məclisin deputatı Serbiyadakı seçkiləri ATƏT Parlament Assambleyasının xətti ilə izləyəcək

Tokio, 13 dekabr , /AJMEDIA/

Dekabrın 17-də Serbiya Respublikasında növbədənkənar parlament seçkiləri keçiriləcək.

Azərbaycan Parlamentinin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AJMEDIA-ya bildirilib ki, bu məqsədlə Milli Məclisin deputatı, ATƏT Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Azay Quliyev dekabrın 14-18-də paytaxt Belqrad şəhərində səfərdə olacaq.

Milli Məclisin deputatı Serbiyadakı seçkiləri ATƏT Parlament Assambleyasının xətti ilə izləyəcək. Deputat müşahidə missiyasının tərkibində bir sıra məntəqələrdə seçkilərə hazırlıqla yaxından tanış olacaq, prosesin gedişini və seçicilərin fəallığını izləyəcək.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts