Milli Məclisin deputatı ATƏT PA-nın komitə sədri seçilib

Tokio, 4 iyul , /AJMEDIA/

İyulun 3-də ATƏT PA-nın Kanadanın Vankuver şəhərində keçirilən 30-cu illik sessiyasında qurumun İqtisadi məsələlər, ətraf mühit, elm və texnologiya Baş Komitəsinin sədri vəzifəsinə seçkilər keçirilib.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AJMEDIA-ya bildirilib ki, seçkilərdə Azərbaycan nümayəndə heyətinin rəhbəri Azay Quliyev və Avstriya nümayəndə heyətinin, həmçinin Yaşıllar Partiyasının üzvü David Stüqmüller iştirak ediblər. Gizli səsvermə nəticəsində Azay Quliyev 50 səs, David Stüqmüller 23 səs toplayıb. Beləliklə, azərbaycanlı deputat ATƏT PA-nın komitə sədri seçilib.
Qeyd edək ki, ATƏT PA-nın komitə sədri seçilmiş deputatlar həm də avtomatik olaraq Büro üzvü sayılırlar.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts