Milli Məclisdə məişət zorakılığı ilə bağlı qanun və məcəlləyə dəyişikliklər müzakirə olunur

Tokio, 21 dekabr , /AJMEDIA/

Dekabrın 21-də Milli Məclisdə məişət zorakılığı ilə bağlı qanun və məcəlləyə dəyişikliklər müzakirə olunur.

AJMEDIA xəbər verir ki, bu barədə Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova bildirib.

Komitə sədri diqqətə çatdırıb ki, bununla bağlı iclasın gündəliyinə daxil olan “Məişət zorakılığının qarşısının alınması haqqında” Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi və buna uyğun olaraq Mülki Prosessual Məcəllədə, Cinayət-Prosessual Məcəllədə, İnzibati Xətalar Məcəlləsində, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” və “Təhsil haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişikliklər müzakirə ediləcək.

Hicran Hüseynova bildirib ki, Azərbaycan Prezidentinin 2020-ci il 27 noyabr tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020-2023-cü illər üçün Milli Fəaliyyət Planı” təsdiq edilib. “Məişət zorakılığının qarşısının alınması haqqında” Qanununda dəyişikliklə bağlı qanun layihəsi həmin Sərəncamın icrasının təmin edilməsi və bu xüsusda məişət zorakılığı ilə mübarizə sahəsində normativ hüquqi bazanın təkmilləşdirilməsi, habelə məişət zorakılığından zərər çəkmiş şəxslər üçün əlaqələndirmə mexanizminin yaradılması məqsədilə hazırlanıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts