Milli Məclis Prezidentin təşəbbüsü ilə başlanmış humanitar yardım aksiyasına qoşulub

Tokio, 10 fevral , /AJMEDIA/

Bu günlərdə ölkəmizdə bir sıra dövlət qurumları, ayrı-ayrı təşkilatlar və sadə vətəndaşlar Türkiyədə baş vermiş təbii fəlakət – çoxsaylı insan tələfatına səbəb olmuş zəlzələ ilə əlaqədar yardım kampaniyasına başlayıblar.
Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AJMEDIA-ya bildirilib ki, Azərbaycan Prezidenti İlham Əliyevin təqdir etdiyi bu humanitar yardım aksiyasına Milli Məclis də qoşulub.
Milli Məclis deputatlarının, Parlament Aparatı və İşlər İdarəsi əməkdaşlarının da bu aksiyaya öz töhfələrini vermək məqsədilə topladıqları vəsaitə təbii fəlakət ərazisində böyük ehtiyac duyulan 40 ədəd daşınan generator alınaraq qardaş ölkəyə göndərilib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts