Milli Məclis Fransa ilə bağlı bəyanat verəcək

Tokio, 4 aprel , /AJMEDIA/

Milli Məclisin bu gün keçirilən iclasında Fransanın Azərbaycana qarşı qərəzli münasibəti ilə bağlı bəyanat qəbul ediləcək.

AJMEDIA-nən məlumatına görə, bu barədə məsələ Milli Məclisin iclasının gündəliyinə daxil edilib.

Bəyanatın mətninin hazırlanması üçün komissiya yaradılıb.

Komissiyanın sədri Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Soltan Məmmədov təyin edilib.

Parlament sədrinin I müavini Əli Hüseynli təklif edib ki, komissiyanın üzvləri Ziyafət Əsgərov, Sevil Mikayılova, Elşən Musayev və Əziz Ələkbərli bəyanat layihəsini hazırlasın.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts