Milli Məclis Azərbaycan ilə Türkiyə arasında imzalanmış Şuşa Bəyannaməsini təsdiqləyib

Tokio, 1 fevral, /AJMEDIA/

Milli Məclis Azərbaycan ilə Türkiyə arasında imzalanmış Şuşa Bəyannaməsini təsdiqləyib.

AJMEDIA AZƏRTAC-a istinadla xəbər verir ki, “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında” Şuşa Bəyannaməsinin təsdiq edilməsi barədə qanun layihəsi fevralın 1-də Milli Məclisin plenar iclasında müzakirə edilib.

Qeyd edək ki, Şuşa Bəyannaməsi 2021-ci il iyunun 15-də Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Şuşa şəhərində imzalanıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts