Milli Kitabxanada Xalq yazıçısı Elçinə həsr olunan kitab sərgisi açılıb

Tokio, 12 may , /AJMEDIA/

Mayın 13-də müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Xalq yazıçısı Elçinin 80 yaşı tamam olur. Bu münasibətlə Milli Kitabxananın əməkdaşları tərəfindən Xalq yazıçısına həsr olunan ənənəvi kitab sərgisi açılıb.
Kitabxanadan AJMEDIA-ya bildirilib ki, sərgidə yazıçının Azərbaycan və xarici dillərdə olan əsərləri, tərtib etdiyi, redaktoru olduğu, həmçinin “Ön söz” yazdığı kitablar, yaradıcılığına dair müdafiə olunan dissertasiyaların avtoreferatları, tərcümələri, eləcə də haqqında yazılan əsərlər nümayiş olunur.
Qeyd edək ki, görkəmli Xalq yazıçısı, ictimai xadim və ədəbiyyat tənqidçisi Elçin ölkəmizin elmi-ədəbi və ictimai mühitində çoxcəhətli yaradıcılıq fəaliyyəti ilə özünəməxsus yeri və mövqeyi vardır. O, yeni dövr Azərbaycan bədii nəsrinin, keçid dövrü və müstəqillik mərhələsi dramaturgiyasının, eyni zamanda, son yarım əsrdən çox ədəbi tənqidin əsas yaradıcılarından biridir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts