Milli Kitabxana “Hüseyn Cavid – 140” adlı elektron xülasə hazırlayıb

Tokio, 21 iyul , /AJMEDIA/

Azərbaycan ədəbiyyatı tarixində romantizm ədəbi cərəyanının ən qüdrətli nüma¬yəndələrindən biri Hüseyn Cavidin anadan olmasının 140 il¬liyi münasibətilə M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “Hüseyn Cavid – 140” adlı elektron xülasə hazırlanıb.
Kitabxanadan AJMEDIA-ya bildirilib ki, təqdim olunan xülasədə görkəmli dramaturqun həyatı və ədəbi-bədii yaradıcılığından bəhs edən, 2020-2022-ci illərdə ölkə ərazisində müxtəlif dövri nəşrlərdə dərc edilən məqalələr toplanıb.
Xülasənin hazırlanmasında məqsəd görkəmli ədibin həyatı, bizlərə miras qoyduğu əvəzsiz irsindən bəhs edən məqalələrlə geniş oxucu kütləsini tanış etməkdir. Elektron xülasədə məqalələr illər üzrə, daxildə isə əlifba düzülüşü ilə verilib.
Elektron xülasə ilə tanış olmaq http://anl.az/down/H.Cavid.pdf istəyənlər linkindən istifadə edə bilərlər.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts