Milli Kitabxana “Həsən bəy Zərdabi” adlı virtual sərgini istifadəçilərin ixtiyarına verib

Tokio, 28 iyun , /AJMEDIA/

Milli mətbuatın banisi, görkəmli maarifçi Həsən bəy Zərdabinin 180 illiyi münasibətilə Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “Həsən bəy Zərdabi” adlı virtual sərgi hazırlanıb.
Kitabxanadan AJMEDIA-ya bildirilib ki, virtual sərgidə rəsmi sənədlər, fotolar, Həsən bəy Zərdabinin müəllifi olduğu əsərlər, haqqında yazılan kitab və məqalələr nümayiş olunur.
Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Hesen_Bey_Zerdabi/index.htm linkindən istifadə edə bilərlər.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts