Tokio, 09 may, /AJMEDIA/
Azərbaycan Milli Kitabxanasında 9 May – Faşizm üzərində Qələbə günü ilə əlaqədar “Faşizm üzərində Qələbə (1941-1945)” adlı elektron məlumat bazası, “9 May – Faşizm üzərində Qələbə günüdür” adlı virtual sərgi onlayn rejimdə istifadəçilərə təqdim olunub.
Kitabxanadan AJMEDIA-a bildirilib ki, elektron məlumat bazasında “Rəsmi sənədlər”, “Müharibə haqqında sitatlar”, “İkinci Dünya müharibəsi – xülasə”, “Xatirələr, məktublar”, “Nəşrlər” və bir sıra materiallar nümayiş olunur.
Virtual sərgidə isə mövzu ilə bağlı nəşr olunmuş kitablar və dövri mətbuat səhifələrində dərc olunan materiallar, fotolar nümayiş etdirilir.